"Dini ekstremizm-ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar müşavirə keçirilib.
13 iyun 2019 | 16:00
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şabran rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Dini ekstremizm-ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar müşavirə keçirilib.
Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitısinin sədr müavini Səyavuş Heydərov, Prezident Adminstrasiyasının əməkdaşı Pənah Cahangirov, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin, Şabran, Quba, Qusar, Siyəzən, Xaçmaz rayon İcra Hakimiyyətlərinin əməkdaşları, din xadimləri və rayon ictimaiyyəti iştirak etmişlər.