Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilmişdir.
YAP Şabran rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov, millət vəkili Tahir Süleymanov, rayon İcra Hakimiyyəti başçısının birinci müavini,YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının İdarə Heyətinin və Şurasının üzvləri və rayon gəncləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının ölkənin ən çətin vaxtlarında yaradılmasının heç də təsadüf olmadığını qeyd etmişdir. Məhz ölkəmizin hazırdakı dinamik inkişafının Yeni Azərbaycan Partiyasının təməl prinsiplərinə söykəndiyini qeyd edən Mehdi Balabəyov, bu siyasətin Ulu Öndər kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Daha sonra çıxış edən Mehdi Balabəyov və Tahir Süleymanov YAP Şabran rayon təşkilatının fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış etmiş və çıxışlar auditoriya tərəfindən maraqla qarşılanmışdır.
Daha sonra söz verilən YAP Şabran rayon Gənclər Birliyinin İdarə Heyətinin üzvləri ötən hesabat dövründə üzvü olduqları qurumun fəaliyyəti haqqında məruzə ilə çıxış etmişlər.
Sonra səsvermə yolu ilə Fərid Bağırzadə YAP Şabran rayon Gənclər Birliyinin sədri seçilmişdir.
Daha sonra YAP Şabran rayon Gənclər Birliyinin 9 nəfərdən ibarət İdarə Heyəti və Gənclər Birliyi sədrinin müavinləri səsvermə yolu ilə müəyyən olunmuşdur.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan bir qrup gəncə partiyaya üzvlük vəsiqələri təqdim olunmuşdur.