Şabran rayonunda Novruz Bayramına həsr olunmuş ənənəvi Cıdır yarışı keçirilmişdir.
14 mart 2019 | 16:00
Tədbir Rəhimli kəndinin ərazisində yerləşən Şabran düzündə baş tutmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti və gənclər iştirak etmişlər.
Tədbir öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və keçən il baş tutan Cıdır yarışında qalib çaparın Dövlət Bayrağını ucaltması ilə başlamışdır.