20 Yanvar faciəsi qurbanları Şabran rayonunda ehtiramla yad olunub.
Qəhrəmanlar Seyrəngahında baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov faciə barədə geniş məlumat verib, bu günün Azərbaycan xalqının öz milli dövlətçiliyinin yenidən bərpası uğrunda mübarizəsinin şanlı səhifələrindən biri olduğunu bildirib. Novruz Novruzov məhz ilk olaraq ümummilli lider Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra bütün şəhidlərin ruhuna dualar oxunmuş, vətənin ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsinə ucaldılmış abidə önünə əklil, Qarabağ Müharibəsində Şabran rayonundan həlak olan şəhidlərimiz məzarları qarşısına gül dəstələri qoyulmuşdur. Xüsusi izdihamın yaşandığı tədbir sonda Şabran Xalq Teatrının səhnələşdirdiyi kompozisiya ilə yekunlaşmışdır.