Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi Tanıyaq" tur-aksiyası çərçivəsində Şabran rayonunu təmsil edəcək şagirdlərlə görüş keçirilmişdir.

17 noyabr 2018 | 16:00

Giriş sözü ilə iştirakçıları salamlayan Novruz Novruzov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsinə əsasən ölkəmizdə növbəti dəfə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları olacaq şagirdlər Qəbələ, Şəki və Zaqatala rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Bu da onların ölkəmiz haqqında olan biliklərini zənginləşdirəcək. 18-21 noyabr tarixlərində Şabrandan 40 nəfər məktəblinin tur-aksiyaya qatılacağını deyən Novruz Novruzov bildirmişdir ki, şagirdlərimizə səfər edəcəkləri Qəbələ, Şəki və Zaqatala rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və təbliği istiqamətində həyata keçirilən önəmli layihələr barədə geniş məlumat veriləcək, onlar Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanlarını gəzəcəklər. Çıxışda məktəblilərimizin maarifləndirici tur-aksiya zamanı bölgələrin görməli yerləri, adət-ənənələri, ləziz mətbəxi, təbiət gözəllikləri, zəngin meşələri, qonaqpərvərliyi ilə daha yaxından tanış olmaq imkanı qazanacağı, həmçinin şagirdlərin gedəcəyi rayonların keçmişi və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, tarix-mədəniyyət abidələri, gənclər mərkəzləri, olimpiya kompleksləri, bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanış olacaqları və səfərin onların yaddaşlarında silinməz izlər buraxacağı səslənmişdir.
Daha sonra digər çıxış edənlər layihənin təşkilindən razılıqlarını bildirərək, diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər.

 

Keçidlər