18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Şabran rayon İcra Hakimiyyətində konfrans keçirilmişdir.
18 oktyabr 2023 | 12:29
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Şabran rayon İcra Hakimiyyətində konfrans keçirilmişdir.
Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, rayonun idarə, təşkilat və müəssisə rəhbərləri, rayon ictimaiyyət üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Asif Hüseynov hamını bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Tədbirin sonunda Şabran rayonunun ictimai-siyasi və mədəni həyatında göstərdikləri səmərəli fəaliyyətə görə rayonda fəaliyyət göstərən müəssisələrdə çalışan bir qrup əməkdaş və ictimaiyyət nümayəndəsi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.