Şriftin ölçüsü :

Saytın rəngi :

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Şabran rayon Heydər Əliyev Mərkəzində konfrans keçirilmişdir.

09 noyabr 2018 | 16:00

Tədbiri giriş sözü ilə açan Novruz Novruzov qeyd edib ki, ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qəbul etdiyi milli atributu xalqımıza bir daha bəxş edən ümummilli lider Heydər Əliyev olub. Ulu Öndər 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi məhz bu bayrağın qəbul edilməsi təklifini irəli sürüb. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
Daha sonra çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək, 9 noyabr tarixini dövlətimiz üçün möhtəşəm bir hadisə kimi qiymətləndirmişdir və müqəddəs dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvolu olduğunu qeyd etmişdir.
Digər çıxışlarda bayrağın hər bir dövlət üçün bütövlük, müstəqillik, yenilməzlik ucalıq rəmzi olduğu bildirilib, Azərbaycan dövlətçiliyinin böyük mirası olan üçrəngli bayrağın yaranma tarixi haqqında arxiv materialları və yeni dövr elmi tədqiqatlara əsaslanan maraqlı faktları diqqətə çatdırılıb.

Keçidlər