Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

11 sentyabr 2018 | 16:00

Konfransda Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov, Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev, rayon təhsil işçiləri və idarə, təşkilat rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov yeni tədris ili münasibətilə təhsil işçilərini təbrik edib, nailiyyətlərinin davamını arzulayıb. Qeyd etdi ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təhsil sistemi özünün yeni dövrünü yaşayır. Dövlət başçısının uzaqgörən siyasəti və birbaşa rəhbərliyi ilə respublikamızda təhsil müəssisələri şəbəkəsi daha da genişləndirilir, yeni məktəb binaları tikilir, onların maddi-texniki bazası möhkəmləndirilir, təhsil işçilərinə daha yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu gün təhsil sahəsində əldə edilən nailiyyətlər, qazanılan uğurlar dövlətin bu sahəyə göstərdiyi dəstəyin bəhrəsidir.

 

 

 

 

 
 

Keçidlər