Şriftin ölçüsü :

Saytın rəngi :

17 fevral 2023-cü il tarixdə Şabran rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir.

17 fevral 2023 | 14:28
Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir.
Şabran rayon 3 saylı tam orta məktəbdə baş tutan qəbulda Asif Hüseynov ilk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə məktəb ərazisində ucaldılmış abidəni ziyarət etmiş, abidə önünə tər gül dəstələri qoyaraq onları ehtiramla yad etmişdir.
Daha sonra Asif Hüseynov məktəbdə gedən tədris prosesi ilə yaxından tanış olmuşdur.
Səyyar qəbul zamanı şəhərin Xəqani, B.Sərdarov, O.Bəşirov, F.Xoyski, Z.Bünyadov və Ç.Mustafayev küçələrində yaşayan vətəndaşlar dinlənilib, sakinlərin təklifləri, istəkləri və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcrası zaman tələb edən məsələlər nəzarətə götürülüb.
Keçidlər