Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Şabran rayon İcra Hakimiyyətində elmi-praktik konfrans keçirilmişdir.

28 may 2018 | 16:00

28 May - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Şabran rayon İcra Hakimiyyətində elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, Milli Məclisin üzvü, Siyasi elmlər doktoru, professor Elman Nəsirov, Tarix elmləri doktoru, professor Musa Quliyev, rayonun idarə, təşkilat və müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş nitqi ilə açan Novruz Novruzov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan bəhs edib. Bildirilib ki, Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı milli dövlətçilik tariximizə olan xüsusi diqqət və ehtiramın, milli kimliyimizə qayğının bariz nümunəsidir. Eləcə də, dövlətimizin başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi cümhuriyyət dövründə həyata keçirilmiş tədbirlərə yüksək dəyərin təcəssümüdür.
Daha sonra "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti: ənənə və varislik" mövzusunda çıxış edən deputat Elman Nəsirov XX əsrin əvvəlindəki ictimai-siyasi vəziyyətdən, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və həyata keçirdiyi tədbirlərdən, dövlətçilik tariximizdə rolundan bəhs edib. Bildirilib ki, 100 illiyini qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi yekunu idi.
Sonra professor Musa Quliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti" mövzusunda çıxışı maraqla qarşılanmışdır.
Digər çıxışlar da dinlənildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibəti ilə rayonun ümumtəhsil məktəblilərinin şagirdləri arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri və Respublika fənn Olimpiyadasında Coğrafiya fənni üzrə qalib gələrək qııl medala layiq görülmüş Şabran şəhər 4 saylı orta məktəbin IX sinif şagirdi Sultanova Məltəm və onun müəllimi Osman Osmanov rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

 

 

Keçidlər