Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə sərgi keçirilmişdir.
07 may 2018 | 16:00
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə rayonun ümumtəhsil məktəblərinin, mədəniyyət müəssisələrinin, uşaq bağçalarının və idman məktəblərinin iştirakı ilə əl işlərindən ibarət sərgi keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları sərgilənən əl işləri ilə tanış olmuş, müxtəlif musiqi nömrələri dinlənilmiş və bədii kompozisiyalar nümayiş olunmuşdur.
Sonda çıxışları ilə fərqlənən müəssisə və fərdi şəxslər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələr ilə mükafatlandırılmışdır.