Şabran rayonunda Novruz Bayramı ənənəvi meydan tədbiri ilə qeyd olundu.
Şabran rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və çalışanları, rayon ictimaiyyəti iştirak etmişlər.
Tədbir öz işinə rayon idmançılarının xüsusi nömrələri, rayon kəndlərinin təşkil etdiyi pavilyon-stendlərinin nümayişi ilə başlamışdır.
Sonra Novruz Novruzov bayram tonqalını alovlandırmışdır.
Daha sonra çıxış edən Novruz Novruzov şabranlıların timsalında bütün Azərbaycan xalqını bayram münasibəti ilə təbrik etmişdir. Cənab Prezident İlham Əliyevin əvəzolunmaz səyləri nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının tezliklə geri qaytarılacağına və bayram tonqallarının orada da alovlandırılacağına xalqın inamı vurğulayan Novruz Novruzov xalqımıza ruzi-bərəkər və əmin-amanlıq arzu etmişdir.
Öz işini bədii hissə ilə davam etdirəm tədbir tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.Sonda tədbirin təşkilatçılığında fəallıq göstərən bir qrup şəxs və müəssisələr rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.