Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayonunun 2017-cı ildə sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

06 fevral 2018 | 16:00

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin şəhər mərkəzində ucaldılan abidəsini ziyarət etdilər.
Sonra iştirakçılar rayonun istehsal müəssisələri tərəfindən istehsal olunan məhsulların sərgisi ilə yaxından tanış olmuşdur.
İclas öz işini daha sonra iclas zalında davam etdirmişdir. İclasda rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak edib.

Geniş məruzə nitqi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, ötən dövr ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin maddi rifahı yaxşılaşdırılıb, sosial problemlərin həlli məsələləri diqqət mərkəzində saxlanılıb.
2018-ci ildə də bu işlərin artan templə davam etdiriləcəyini vurğulayan Novruz Novruzov rayonda görüləcək işlər barəsində geniş məlumat vermişdir.
Daha sonra digər çıxışlar və təkliflər dinlənilmiş, problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.
Sonra hesabat iclası iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndirilmişdir.
Sonda 2017-ci il ərzində rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxs rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

 

  

 

 

 

 

 

Keçidlər