20 Yanvar faciəsi şəhidləri Şabran rayonunda ehtiramla anılmışdır.
20 yanvar 2018 | 16:00
20 Yanvar faciəsi şəhidləri Şabran rayonunda ehtiramla anılmışdır.
Rayonun "Şəhidlər Xiyabanı"nda baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrinin rəhbərləri, rayon ictimaiyyəti və şəhid ailələri iştirak etmişlər.
İlk öncə vətənin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunmuş və abidə önünə əklil qoyulmuşdur. Xüsusi izdihamın yaşandığı tədbir öz işini rayon Mədəniyyət Mərkəzinin kollektivinin hazırladığı bədii kompozisiya ilə başa vurmuşdur.