YAP Şabran rayon təşkilatının təşəbbüsü ilə Şabran rayonunda "Hərəyə bir ağac əkək" adlı ağacəkmə aksiyası keçirilmişdir.
04 dekabr 2017 | 16:00
YAP Şabran rayon təşkilatının təşəbbüsü ilə Şabran rayonunda "Hərəyə bir ağac əkək" adlı ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, sədr müavini Fikrət Nuşiyev, YAP Gənclər Birliyinin üzvləri və könüllüləri, rayon ictimaiyyəti, ümumilikdə 300 nəfər iştirak etmiş və 900 ağac əkilmişdir.
May ayına qədər davam edəcək aksiyada rayon ərazisində 5000 ağacın əkilməsi planlaşdırılır.