Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Şabran rayonunda vətəndaşları qəbul edib.

17 noyabr 2017 | 16:00

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Şabran rayonunda bu rayonun və Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Şabran rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda müraciətlər tibbi-sosial reabilitasiya, məşğulluğun təmin edilməsi, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunma, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən olunması və s. məsələləri əhatə edib. Qəbul zamanı hər bir müraciət nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə cavablandırılıb, müraciətlərdə ifadə olunan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

  

 

Keçidlər