Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şabran rayonunda vətəndaşları qəbul edəcək.

16 noyabr 2017 | 16:00

 

Səlim Müslümov Şabran rayonunda  Siyəzən, Quba, Qusar, Xaçmaz  rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə aid məsələlərlə (o cümlədən əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən olunması, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb olunma və s.) bağlı müraciətləri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə cavablandırılacaq,  müraciətlərdə ifadə olunan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə, nazirliyin Ümumi şöbəsinə (012 596 44 07), nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran (023 353 39 48), Siyəzən (023 304 09 04), Quba (023 335 26 15), Qusar (023 385 40 94) və Xaçmaz (023 325 05 25) rayonları üzrə şöbələrinə müraciət edərək qəbula yazıla bilərlər.

Keçidlər