Şriftin ölçüsü :

Saytın rəngi :

12 Noyabr - Konstitusiya Günü Şabran rayonunun Heydər Əliyev Mərkəzində qeyd olunmuşdur.

13 noyabr 2017 | 16:00

 

12 Noyabr - Konstitusiya Günü Şabran rayonunun Heydər Əliyev Mərkəzində qeyd olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Şabran rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib. Fikrət Nuşiyev bildirib ki, 1991-ci ilin avqustunda Azərbaycan dövlət müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Konstitusiya Aktı qəbul edilib. Fikrət Nuşiyev qeyd edib ki, xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan görkəmli siyasi xadim Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq 12 noyabr 1995-ci ildə keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə qəbul olunub.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iri miqyaslı layihələr, o cümlədən aparılan hüquqi islahatlarının respublikamızı demokratik, hüquqi dövlət kimi dünyada tanıtdırdığını vurğulayan Fikrət Nuşiyev bu gün dövlətin bütün institutlarının Konstitusiyanın tələbləri əsasında formalaşaraq fəaliyyət göstərdiyini söyləyib.
Daha sonrakı çıxışlarda 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i tarixinin Konstitusiya günü elan edildiyini diqqətə çatdırılıb. Bildirilib ki, müəllifi Heydər Əliyev olan Konstitusiyamız bundan sonra da Azərbaycanın tərəqqisinə xidmət edəcək.
12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyanın qəbulundan sonra ölkədə bir çox sahələrdə, xüsusən hüquqi dövlət quruculuğu və insan haqları ‎sahəsində əhəmiyyətli dəyişikliklərin baş verdiyi vurğulanıb.

  

 

  

Keçidlər