Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə bağlı Şabranda tədbir keçirilmişdir.

26 oktyabr 2017 | 16:00

 

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə bağlı Şabranda geniş tədbir keçirilmişdir.
Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, Millət vəkili Tahir Süleymanov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının İdarə Heyətinin və Şurasının üzvləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ziyalıları iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Mehdi Balabəyov YAP-ın 24 illik fəaliyyəti, keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verib.Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib.
Daha sonra çıxış edən rayon İcra Hakimiyyətini başçısı Novruz Novruzov dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmiş Heydər Əliyev xalqımızın bütün tarixi ərzində yetirdiyi ən böyük siyasi və dövlət xadimlərindən biri, mənsub olduğu xalqı yeni minilliyə, XXI yüzilliyə, qloballaşma əsrinə hazırlayıb çatdıran Ümummilli Liderdir. Müstəqillik illərində əldə etdiyimiz nailiyyətlər hər bir azərbaycanlını sevindirir. Bu uğurlar bütün şüurlu həyatını xalqına, vətəninə həsr etmiş, milli tariximizə qurucu və xilaskar rəhbər kimi daxil olmuş Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun səyləri və gərgin zəhməti ilə Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmaz olmuşdur.
Eləcə də millət vəkili Tahir Süleymanov da öz çıxışında qeyd edib ki, YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı.
Daha sonra rayonun ictimai-siyasi işlərində fəallıq göstərən bir qrup şəxs YAP Şabran rayon təşkilatının Fəxri Fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

 

     

 

  

Keçidlər