18 Oktyabr - Dövlət Müstəqillik Günü münasibətilə Şabran rayonunda "Region günləri" adlı tədbir keçirilmişdir.
18 Oktyabr - Dövlət Müstəqillik Günü münasibətilə Şabran rayon İcra Hakimiyyəti və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Şabran rayonunda "Region günləri" adı altında tədbir keçirilmişdir.
Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, Xaçmaz, Quba, Siyəzən və Qusar rayonlarının mədəniyyət işçiləri, rayonun müəssisə, idarə və təşkilat rəhbələri, rayon ictimaiyyəti iştirak etmişdir.
İlk öncə qonaq rayonların Xalq Tətbiqi Sənət nümunələri və əl işlərindən ibarət sərgisinin nümayişi olmuşdur.
Tədbir öz işini daha sonra Şabran rayon Mədəniyyət Mərkəzində konsert proqramı ilə davam etdirmişdir.