Şabran rayon İcra Hakimiyyətində 5 Oktyabr - Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.
Şabran rayon İcra Hakimiyyətində 5 Oktyabr - Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov ilk öncə müqəddəs peşə sahibləri olan müəllimləri peşə bayramı münasibəti ilə təbrik edərək gənc nəslin tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında müəllimlərin müstəsna rolu olduğunu dilə gətirib. Novruz Novruzov qeyd edib ki, bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra bütün sahələr kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd edən Novruz Novruzov son illərdə da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, təhsilin inkişafına, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürüdür.
Daha sonra digər çıxışlar da dinlənilmişdir.
Sonda təhsil sahəsində fəqlənən bir qrup müəllim rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.