Bu gün Mədəniyyət Sarayında rayon müəllimlərinin konfrası keçirilmişdir.
Şabran rayon Mədəniyyət Mərkəzində Şabran rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda 2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. Konfransda Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Təhsil Nazirliyinin Təhsildə İnnovasiyalar sektorunun müdiri Vidadi Bağırov, rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar, təhsildə nailiyyətlər əldə etmiş müəllim və şagirdlər iştirak ediblər. Rayon Təhsil şöbəsinin müdiri Emin Mövsümov konfransda geniş məruzə ilə çıxış edib. Bildirib ki, bu il orta məktəbi bitirən 266 şagird ali məktəblərə sənəd verib. Onlardan 135 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da ümumi sayın 50.7 %-ni təşkil edir. Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanlarında, eləcə də müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında rayon müəllimlərinin yüksək bal topladığını, Respublika fənn olimpiyadalarında rayon şagirdlərinin yüksək nəticələr göstərdiyini qeyd edən Emin Mövsümov bu uğurların gələcək illərdə də davam edəcəyini bildirdi. Təhsil Nazirliyinin rəsmisi Vidadi Bağırov isə təhsil sahəsində həyata keçirilən dövlət siyasətindən danışıb və iştirakçıların suallarını cavablayıb.
Digər çıxış edənlər cəmiyyətin tərəqqisində təhsilin rolunu vurğulayıblar, yeni dərs ilində müəllim həmkarlarına və şagirdlərə uğurlar arzulayıblar.Sonda isə rayonun təhsil, eləcə də ictimai-siyasi həyatında fərqlənən bir qrup müəlliminə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı, qəbul imtahanlarında yüksək bal toplamış şagirdlərə isə qiymətli hədiyyələr verilmişdir
.