Şriftin ölçüsü :

Saytın rəngi :

13 sentyabr 2022-ci il tarixdə həlak olmuş şəhid Rəsulov Murad İlqar oğlunun vəfatından 1 il ötür.

14 sentyabr 2023 | 15:00
13 sentyabr 2022-ci il tarixdə Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatının qarşısının alınması zamanı qəhrəmancasına həlak olmuş şəhid Rəsulov Murad İlqar oğlunun əziz xatirəsi şəhidliyinin 1-ci ildönümündə ehtiramla anılıb.
Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Şabran rayon İcra Hakimiyyəti başçısı Aparatının səlahiyyətli nümayəndələri və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyət nümayəndələri şəhid ailəsini ziyarət etmiş, şəhid ailəsinə başsağlığı diləmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın ruhlarına dualar oxunmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
Keçidlər