Kərəm Həsənov Şabranda vətəndaşları qəbul edəcək.
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov avqustun 25-də Şabran rayonunda vətəndaş qəbulu keçirəcək.
Qəbulda Şabranla yanaşı, Siyəzən rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq. Komitə sədri daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və yaxud torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq http://office@emdk.gov.az elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349),
Komitənin 13 saylı ərazi şöbəsi: (023 32) 5-39-72, (023 35) 3 26 84,
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi: (02335) 3-24-63, (02335) 3-43-71,
Eyni zamanda vətəndaşlar Xaçmaz şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 7b və Şabran şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 39 ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər.