Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair müşavirə keçirildi.

09 avqust 2017 | 16:00

Qax rayonunda keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə qarşıya qoyulan vəzifələrlə bağlı 09 avqust 2017-ci il tarixdə Şabran rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir.
Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov müşavirəni giriş nitqi ilə açaraq rayonda kənd təsərrüfatı məhsullarının, xüsusən də fındıqçılığın inkişafının artırılmasını prioritet məsələ kimi qarşıya məqsəd qoymuşdur.
Müşavirədə İnzibati Ərazi Dairələri, bələdiyyələr, aidiyyatı qurumlar,  fermerlər və s. bu işdə marağı olan şəxslər məlumat verərək təkliflər irəli sürmüşlər.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı ilin müvafiq dövrü ərzində qarşımıza hədəf olaraq qoyulmuş 800 hektar ərazidə fındıq əkininin davam etdirilməsini diqqətə çatdırmışdır.

 

.

Keçidlər