Şriftin ölçüsü :

Saytın rəngi :

Şairlər Şabranda Xaqani poeziyasının işığına toplaşdılar.

12 iyun 2017 | 16:00

2012-ci ildən başlayaraq, ənənəvi bayramlardan birinə çevrilmiş Xaqani Poeziya Günləri yenə söz xiridarlarını, sənət adamlarını Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şabrana topladı. Söz-sənət bayramı  Şabran Rayon İcra Hakimiyyəti başçısı Novruz ¬Novruzovun, Azərbaycan Yazışılar Birliyinin sədri, yazıçı Anarın, ictimaiyyət nümayəndələrinin, qardaş Türkiyədən gəlmiş söz-sənət adamlarının  və qonaqların ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsinin ziyarəti ilə başladı. Sonra toplantı iştirakçıları Xaqani Şirvaninin şəhərin girişində ucaldılmış abidəsini ehtiramla yad edib onun adını daşıyan Poeziya Evinin qonağı oldular.
Məclisdə iştirak edən AYB-nin mətbuat katibi, Gənc Şairlər Birliyinin sədri Xəyal Rza, Xaqani Poeziya Evinin direktoru şairə Aybəniz Əlyar, türkiyəli söz adamlarından Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin – İLESAM-ın rəhbəri Məmməd Nuri Parmaqsız, Yadigar Sarı, Turan Dudak Düz, Bilal Dilsiz, Mehmet Kindap, Birdal Can və başqaları mərasimdə şeirlərilə çıxış etdilər.
Tədbirin sonunda  rayonda ədəbiyyatın təbligi və inkişafındakı xidmətlərinə görə AYB Şabran rayon bölməsinin sədri Aydın Tağıyevə “Mikayıl Müşfiq”, Xaqani Şirvani irsinin təbliği sahəsindəki fəaliyyətlərinə görə rayon icra hakimiyyətinin başçısı Novruz
Novruzova və yazıçı Elçin Hüseynbəyliyə Türkiyə İLESAM-ın təsis etdiyi “Xaqani” mükafatları təqdim olundu.

Keçidlər