Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran Rayon İcra Hakimiyyətinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.

23 fevral 2017 | 16:00

Şabran Rayon İcra Hakimiyyətinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı ənənəvi olaraq toplantı iştirakçılarının ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsinin ziyarəti ilə başladı. Sonra qonaqlar və toplantı iştirakçıları rayon İcra Hakimiyyətinin foyesində nümayiş etdirilən, Şabran rayonunun sənaye və kənd təsərrüfatı müəssisələrinin istehsal etdikləri məhsulların nümunələri ilə tanış oldular.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunduğu kimi, sürətli inkişaf dövrünü yaşayan, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçmiş Azərbaycan iqtisadiyyatı tarixə qovuşan 2016-cı ildə də dinamik inkişafını davam etdirmiş və ötən ili yüksək sosial-iqtisadi göstəricilərlə başa vurmuşdur. Sonda rayonun ictimai işlərində fərqlənən bir qrup şəxsə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər