Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati xətalar üzrə səlahiyyətli şəxslər

AZƏRBAYCAN RESPUBLİKASI

ŞABRAN  RAYON

İCRA HAKİMİYYƏTİ BAŞÇISININ

SƏRƏNCAMI

 

                                      № 54                                                                              27 aprel 2018-ci il

 Şabran rayon İcra Hakimiyyəti üzrə “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın müəyyən edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 3 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanının 4-cü bəndinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndini rəhbər tutaraq

Qərara alıram:

 

1.      Aşağıdakılar rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər kimi müəyyən edilsinlər:

1.1   Rayon İcra Hakimiyyətinin başçısı - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 190, 251.3, 197.1, 197.2, 413, 449, 516.0.2, 527, 530, 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;

1.2   Rayon İcra Hakimiyyəti başçısının birinci müavini – Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 190, 251.3, 197.1, 197.2, 413, 449, 516.0.2, 527, 530, 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;

1.3    Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 197.1, 197.2, 413, 449-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;

1.4    Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri – 190, 516.0.2, 527, 530, 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;

1.5   Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri – Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 190, 251.3, 197.1, 197.2, 413, 449, 516.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;

1.6   Hüquq şöbəsinin müdiri - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 190, 251.3, 197.1, 197.2, 413, 449, 516.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;

1.7   Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 197.1, 197.2, 413, 449-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;

1.8   İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516.0.2, 527, 530, 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;

1.9   Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələr - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 190, 251.3, 197.1, 197.2, 413, 449, 516.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;

2.      Həmin vəzifəli şəxslərə tapşırılsın ki, Azərbaycan Respublikasının inzibati məsuliyyət haqqında qanunvericiliyinin müvafiq tələblərinin müəyyən edilmiş səlahiyyətlər daxilində yerinə yetirilməsini təmin etsinlər.

3.      Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mirzəyev Nəsimiyə tapşırılsın ki, bu sərəncamın yerli “Şabran” qəzetində yerləşdirilməsini təmin etsin.

4.      Rayon Icra Hakimiyyəti başçısı Aparatının İnformasiya Təminatı və Təhlili Sektorunun müdiri Ağayeva Adiləyə tapşırılsın ki, bu sərəncamın rayon İcra Hakimiyyətinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

5.      Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyəti başçısının birinci müavini M.Balabəyova tapşırılsın.

 

    Novruz Novruzov

 

 

 

 

 

Keçidlər