Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati xətalar sərəncamı

AZƏRBAYCAN RESPUBLİKASI

ŞABRAN  RAYON

İCRA HAKİMİYYƏTİ BAŞÇISININ

SƏRƏNCAMI

 

                              №  53                                                                                   27 aprel 2018-ci il

 

 Şabran rayon İcra Hakimiyyətində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin müəyyən edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli 795 saylı Fərmanının 5.30, 5.53 və 5.57-ci bəndlərinin icrasının təmin edilməsi məqsəi ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının 1-ci bəndinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.15.6-cı bəndini rəhbər tutaraq

Qərara alıram:

1.      Aşağıdakı şəxslər Şabran rayon İcra Hakimiyyətində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər kimi müəyyən edilsinlər:

-          Mustafayeva Natavan Rafiq qızı - Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 400, 454, 455.1, 455.2, 469.1-ci maddələrinə əsasən;

-          Şükürov Eldəniz Tahir oğlu – Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri-baş memar-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393, 395, 396-cı maddələrinə əsasən baxılan işlər üzrə;

-          Əliyev Mehrac Çingiz oğlu - Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 587-ci maddəsinə əsasən baxılan işlər üzrə;

2.      Həmin vəzifəli şəxslərə tapşırılsın ki, Azərbaycan Respublikasının İnzibati məsuliyyət haqqında qanunvericiliyinin müvafiq tələblərinin müəyyən edilmiş səlahiyyətlər daxilində yerinə yetirilməsini təmin etsinlər.

3.      Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyəti başçısının birinci müavini M.Balabəyova tapşırılsın.

 

                                                                                            Novruz Novruzov

Keçidlər