Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda "Azərbaycanda daşınmaz əmlakın kadastrı" mövzusunda dəyirmi masa keçirilmişdir.

12 oktyabr 2016 | 16:00

Şabran rayonunda rayon İcra Hakimiyyəti başçısı cənab Novruz Novruzovun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kadast Xidmətinin rəisi Ramiz Quliyevin rəhbərliyi ilə "Azərbaycanda daşınmaz əmlakın kadastrı" mövzusunda dəyirmi masa keçirilmişdir. Rayonun idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən tədbiri giriş nitqi ilə açan Novruz Novruzov yer quruluşunun və relyefin öyrənilməsində, kənd təsərrüfatı məhsullarının becərilməsinin planlaşdırılmasında ərazinin kadastr uçotuna alınmasının vacibliyindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə verdiyi önəmli qərarlardan söz açmışdır.
Daha sonra çıxış edən Ramiz Quliyev yeni yaradılmış Azərbaycanda Torpaqların Elektron Kadastr Uçot Sisteminin təqdimatını etmiş və bu sahədə aparılan işlər haqqında geniş məlumat vermişdir.

Keçidlər