Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayonunda 9 May - Qələbə günü qeyd olunmuşdur.

10 may 2016 | 16:00

Şabran rayonunda 9 May - Qələbə günü qeyd olunmuşdur. İlk öncə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov və rayonun ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayon mərkəzində yerləşən Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Məmmədağa Nəzirovun büstü ziyarət olunmuş, abidənin önünə gül dəstələri qoyulmuşdur.
Tədbir daha sonra "Ağsaqqallar evi"ndə davam etmişdir. Çay süfrəsi ətrafına toplaşan iştirakçıları salamlayan Novruz Novruzov hamını Qələbə günü münasibətilə təbrik etmişdir. Öz nitqində müharibə veteranlarına dövlət tərəfindən göstərilən qayğını vurğulayan Novruz Novruzov bu qayğının təzahürü kimi veteranların mənzil və avtomobillərlə təmin olunmasının, onların maddi-mənəvi rifahının yaxşılaşdırılmasının daim dövlətin diqqət mərkəzində olduğunu, bütün bunlara görə ölkə başçısı cənab İlham Əliyevə minnətdar olduqlarını və bu qayğının davam edəcəyinə inandığını qeyd etmişdir.

Keçidlər