Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün rayonumuzda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.

05 may 2016 | 16:00

Şabran rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, rayon İcra Hakimiyyəti başçısının müavinlər, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. İlk öncə Ulu Öndərin büstü önünə tər çiçəklər qoyulmuş və Ulu Öndərin həyat və yaradıcılığını özündə əks etdirən fotostendlərə və Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnək və kursların işinə baxış keçirilmişdir.
Daha sonra rayon İcra Hakimiyyəti başçısı Ulu Öndərin anadan olmasının 93-cü ildönümü münasibəitlə keçirilən I "İntellekt" Bilik Kubokunun qalibləri ilə görüşmüş və onlara rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanlarını təqdim etmişdir.
Bundan sonra tədbirin rəsmi hissə ilə davam etmişdir. Tədbiri giriş nitqi ilə açan Novruz Novruzov Ulu Öndərin şərəfli həyat yolundan söhbət açmışdır. Bütün həyatını xalqına, Azərbaycana həsr etdiyini vurğulayan Novruz Novruzov Ümummilli Liderin gördüyü işlərin hamı üçün nümunə olmasının vacibliyindən bəhs etmişdir.
Digər çıxışlar da dinlənildikdən sonra sonda Ulu Öndərin həyatından bəhs edən filmin nümayişi olmuşdur.

Keçidlər