Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Şabran şəhərində Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.

12 mart 2016 | 16:00

Martın 11-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Şabran şəhərində Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.
İlk öncə Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi önünə gülqoyma mərasimi keçirilib.Daha sonra Şabran rayon Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu prosesi həyata keçirilib.Qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, ali təhsil məktəblərinə qəbul imtahanlarında yaşanan problemlər, TQDK-nın çap etdiyi tədris vəsaitləri bağlı təkliflər və digər məsələlər ilə bağlı olub.Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

    

Keçidlər