Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı Şabran rayon İcra Hakimiyyəti başçısının hesabatı keçirilmişdir.

10 fevral 2016 | 16:00

Şabran rayon İcra Hakimiyyətində 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran məsələlər ilə bağlı hesabat iclası keçirilmişdir.
Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, Azərbaycan Respublikası Prezident Adminstrasiyasının məsaul işçisi Niyaz Əliyev, Milli Məclisin deputatı Tahir Süleymanov, rayonun idarə,müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
İlk öncə rayon ictimaiyyətinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzindəki abidəsi ziyarət olundu abidənin önünə gül dəstələri qoyuldu. Sonra tədbir öz işini rayon İcra Hakimiyyətində təşkil olunan istehsal sahələrinin və kənd təsərrüfatı məhsullarının sərgisi ilə davam etdirdi.Daha sonra tədbir rəsmi hissə ilə davam etdirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı 2015-ci ildə rayonda görülmüş abadlıq-quruculuq,əldə olunan nəaliyyətlər,kənd təsərrüfatı və digər sahələrdə görülmüş işlər barəsində geniş hesabat çıxışı ilə nitq söylədi. Novruz Novruzov yola saldığımız 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının bütün bölgələr kimi Şabran rayonundan da yan keçmədiyini vurğuladı.
Daha sonra çıxış edən millət vəkili Tahir Süleymanov və Prezident Adminstrasiyasının rəsmisi Niyaz Əliyev ölkənin bütün sahələrinin cənab Prezidentin diqqət mərkəzində olmasından və 2016-cı ilin ciddi islahatlar ili olacağından bəhs etdilər.Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət dinlənildi.

Keçidlər