Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayonunda koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi

10 avqust 2020 | 16:00

Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə Şabran rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən reydlər keçirilir.
Bununla əlaqədar olaraq Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayon ərazisində reyd keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı onlarla profilaktik söhbətlər edib, vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın karantin rejimi ilə bağlı xüsusi qaydalarına ciddi riayət etmələrinin vacibliyini vurğulayıb.
Həmçinin rayon ərazisində xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət məqsədilə mobil qruplar yaradılmışdır. Pandemiya ilə mübarizə çərçivəsində yaradılmış mobil qrupların tərkibinə Rayon İcra Hakimiyyəti başçısı aparatının, yerli inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə işçiləri, YAP rayon təşkilatının fəalları, ictimaiyyət nümayəndələri və könüllüləri də daxil edilmişdir. Mobil qruplar tərəfindən rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə, ticarət və xidmət obyektlərində xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına, bankomatlar, ödəniş terminalları, poçt və bank şöbələrinin qarşısında növbəliliyə, sosial məsafənin qorunmasına, tibbi maskanın istifadə edilməsinə nəzarət funksiyalarını həyata keçirməklə əhali arasında təbliğat və təşviqat işləri aparılır.

Keçidlər