Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayonunda koronavirusa qarşı dezinfeksiya işləri davam edir.

03 aprel 2020 | 16:00

Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə  respublikamızın  hər bir yerində olduğu kimi Şabran rayonunda da  bu virusa qarşı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən operativ qərargahın tapşırıqlarına uyğun olaraq Şabran rayonunda həyata keçirilən təxirəsalınmaz tədbirlər sırasında rayonun mərkəzi küçələri dezinfeksiya edilməsi işləri davam edir.

Dezinfeksiya işlərinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər