Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda "Oxu bayramı" keçirilmişdir.

24 may 2019 | 16:00

Mayın 24-də Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin qarşısında Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş növbəti “Oxu Bayramı” keçirildi. Tədbiri giriş sözü ilə Şabran rayon MKS-nin direktoru Səbirə Məcidova açmışdır.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Şabran rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mehdi Balabəyov, Şabran rayon Yazıçılar Birliyinin üzvü Zakir Bayramlı çıxış etmişdir.

Daha sonra “Oxu müsabiqəsi”ndə qalib gəlmiş 19 nəfər oxucu fəxri fərmanlarla təltif edilmişdir.

Tədbirdə bağça uşaqlarının ifasında şeirlər səsləndirildi.

Şabran rayon Xalq teatrı İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq “Zərrə mənəm, Günəş mənəm” adlı tamaşa ilə,eyni zamanda yumoristik səhnələr ilə çıxış etdilər. Tədbir bir birindən gözəl musiqi nömrələri ilə davam etdirildi.

 

 

 

Keçidlər