Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə Şabran rayonunda tədbir keçirilmişdir.

26 aprel 2019 | 16:00

Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Natavan Mustafayeva, YAP Şabran rayon təşkilatı Qadınlar Şurasının sədri Minə Quliyeva, rayonun ictimai-siyasi fəal qadınları və qadın müəssisə rəhbərləri iştirak etmişlər.
Çıxışlar edənlər bildirmişdir ki, akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü bu günlərdə ölkəmizin hər yerində qeyd olunur. Xalqımız Zərifə xanım Əliyevanı sonsuz hörmət və məhəbbətlə xatırlayır. Bugünkü konfrans da Zərifə xanımın əziz xatirəsinə böyük ehtiramın ifadəsidir. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi anılır, nəcib insani keyfiyyətləri, elmi fəaliyyəti xatırlanır. Zərifə xanım seçdiyi sənəti ilə də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti ilə də insanların gözlərinə nur bəxş edib.
Qeyd olunmuşdur ki, Zərifə xanım Əliyeva elmi fəaliyyəti zaman-zaman öyrəniləcək və tədqiq olunacaq alimdir. Zərifə xanımın beynəlxalq konfrans və simpoziumlarda alimlərin müzakirə mövzusuna çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyada daha geniş tanınmasına imkan verib. Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.
Sonda Zərifə xanım Əliyevanın həyatına həsr olunmuş film nümayiş edilmişdir.

 

  

Keçidlər