Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayonunda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müharibə veteranları ilə görüş keçirilmişdir.

18 mart 2019 | 16:00

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, millət vəkili Tahir Süleymanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Tədbir öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Daha sonra vətən uğrunda canlarından keçmiş şəhidlər 1 dəqiqəlik sükutla anılmış və onların ruhlarına dualar oxunmuşdur.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirmişdir ki, 28 yanvar 2019-cu il tarixində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının bariz nümunəsidir. Şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. 1 yanvar 2019-cu il tarixinə 12779 şəhid ailəsi, 119 nəfər 20 yanvar şəhidi ailəsi, 11994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur. Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox-626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütamadi olaraq artırılıb. Nəticədə bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlət başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimayyət tərəfindən rəğbətlə qarşılanıb.
Daha sonra söz şəhid ailə üzvlərinin, mühribə veteranlarının təklif və şikayətləri dinlənilmiş, qeyd olunan məsələlərin həlli ilə bağlı müəyyən göstərişlər verilmiş və həmin məsələlər nəzarətə götürülmüşdür.
Sonda tədbir iştirakçılarına bayram sovqatı paylanılmışdır.

 

 

 

 

 

Keçidlər