Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

12 fevral 2019 | 16:00

Şabran rayonunun 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin şəhər mərkəzində ucaldılan abidəsini ziyarət etdilər.Sonra iştirakçılar rayonun istehsal müəssisələri tərəfindən istehsal olunan məhsulların sərgisi ilə yaxından tanış olmuşdur.İclas öz işini daha sonra rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirmişdir.
İclasda rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak edib. Daha sonra digər çıxışlar və təkliflər dinlənilmiş, problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir. Sonra hesabat iclası iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndirilmişdir. Sonda 2018-ci il ərzində rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxs rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələrlə mükafatlandırılmışdır.

 

 

 

 

 

 

Keçidlər