Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7 illik yubileyi qeyd olunub.

14 fevral 2019 | 16:00

Şabranda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının yeddi illik yubileyi qeyd olunub. Şabran rayon İcra Hakimiyyətinin və SHXÇDX-nin Şabran rayon şöbəsinin birgə təşkilatçılığı ilə hazırlanmış tədbir Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, SHXÇDX-nin Şabran rayon şöbəsinin rəisi, mayor Nağı Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tərxis olunmuş hərbçilər, ziyalılar, ağsaqqallar, şəhid ailələri iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş nitqi ilə açan Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Azərbaycan ordusunun günü-gündən gücləndiyini, eləcə də ordu quruculuğunda əhəmiyyətli irəliləyişlərin əldə oldunduğunu vurğulayaraq bildirib ki, dövlət tərəfindən bu sahənin inkişafı istiqamətində lazimi islahatlar aparılır. İştirakçıları təbrik edən başçı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Belə bayramların işğal olunmuş torpaqlarımızda keçirilməsini arzulayan Novruz Novruzov o günün uzaqda olmadığını qeyd edib.Sonda Şabran rayon İcra Hakimiyyətinə SHXÇDX-nin xüsusi Fəxri Fərmanı təqdim olunub.Hərbi-vətənpərvərlik sahəsində fərqlənən bir qrup şəxs mükafatlandırılıb.

  

Keçidlər