Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qurbanları Şabran rayonunda anılıb.

30 mart 2018 | 16:00

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, Türkiyə Cumhuriyyəti Ömər Halis Dəmir Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasının dosenti, siyasi elmlər doktoru Çiğdem Şahin, AMEA-nın elmi işçisi, siyasi elmlər ezrə fəlsəfə doktoru Hüseyn Haqverdiyev,
rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, təşkilat və müəssisə sədrləri iştirak etmişlər.
Şabran rayon İcra Hakimiyyətində baş tutan tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildirib. Novruz Novruzov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib.
Daha sonra çıxış edən Çiğdem Şahin 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda dinc əhaliyə qarşı başladığı dəhşətli qırğınları bütün faktları ilə auditoriyaya çatdırıb. Qeyd edib ki, daşnaq-bolşevik lideri erməni Stepan Şaumyanın tabeçiliyində olan 10 min silahlı hərbi qüvvə şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək, təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürüblər. Ümumilikdə isə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilib, bir çox önəmli tikililərə və tarixi abidələrə od vurularaq yandırılıb.
Tədbir öz işini daha sonra digər çıxışlarla davam etdirib.

 

  

Keçidlər