Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayonunda Novruz Bayramına həsr olunmuş Cıdır yarışı keçirilmişdir.

16 mart 2018 | 16:00

Şabran rayon İcra Hakimiyyətinin dəstəyi, Şabran rayon Gənclər və İdman İdarəsi və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Şabran rayon nümayəndəliyinin təşilatçılığı keçirilən tədbir Rəhimli kəndinin ərazisində yerləşən Şabran düzündə baş tutmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Hər il olduğu kimi bu il də böyük marağa səbəb olan tədbir rayonun folklor və idman kollektivləri, respublikanın və rayonun estrada və muğam ustalarının müşaiyəti ilə keçirilmişdir.
Gərgin keçən at yarışlarının sonunda bütün rəqiblərini geridə qoyan "Tolqa" ləqəbli atın sahibi Zaman Yarışov I yerə layiq görülmüşdür.
II yeri Kərimov Zaur, III yeri isə Eynalov Məmmədağa qazanmışdır.
Qaliblər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

 

 

 

Keçidlər