Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayonunda "Şabran mədəniyyəti günləri" adlı tədbir keçirilmişdir.

06 oktyabr 2017 | 16:00

 

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Siyəzən rayonunda "Şabran mədəniyyəti günləri" adlı tədbir keçirilmişdir.
Siyəzən şəhər Mədəniyyət Evində baş tutan tədbirdə Şabran rayonunun Xalq Tətbiqi Sənət nümunələri, Şabran rayonunun tarixini əks etdirən arxeoloji qazıntı nümunələri və Şabran rayon Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində fəaliyyət göstərən Rəssamlıq kursu tələbələrinin əl işləri nümayiş olunmuşdur. Tədbir daha sonra öz işini Şabran rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivlərinin çıxışları ilə davam etmişdir.

 

  

 

  

Keçidlər